
Atəş Hub - yaratmaq, birləşmək və inkişaf üçün yeni bir məkan.
Baku-based hub.
ATƏŞ HUB – fərqli yolları, dilləri və ideyaları olan gənclərin görüş nöqtəsidir. Bizim məqsədimiz sənəti canlı, açıq və paylaşılacaq hala gətirməkdir. Biz, YARAT Contemporary Art School məzunları və çağdaş sənət sevərlərik. Burada sərgilər, layihələr və cəsarətli ideyalar vasitəsilə müasir incəsənəti yaşadır, paylaşır və təbliğ edirik. Burada rəssamlar, kuratorlar və art menecerlər müxtəlif disiplinləri birləşdirərək yaradıcılığın yeni üfüqlərini açır. Məqsədimiz çağdaş incəsənəti daha geniş auditoriyaya çatdırmaq, fərdi baxışlarımızı paylaşmaq və yeni ideyaların doğuluşuna ilham olmaqdır.
Ağrı və Arzu”
Atəş Hub ilk sərgisini uğurla təqdim etdi!
“Ağrı və Arzu” adlı sərgi Fluxus Space məkanında baş tutdu.
Kuratoru Mənsurə Məmmədəliyeva olan sərgidə sənətçilər Rəşad Babayev, Şahnaz Ağayeva və Eltaj Zeynalovun əsərləri nümayiş olundu.
